Qazaxıstanda yeni konstitusiya ilə bağlı keçirilən referendumda iştirak edən vətəndaşların böyük əksəriyyəti əsas qanun layihəsini dəstəkləyib.
Avrasiya İnteqrasiyası İnstitutunun keçirdiyi "exit-poll"un nəticələrinə əsasən, sorğuda iştirak edən vətəndaşların 86.7%-i yeni konstitusiyanı dəstəkləyib. "Xabar" telekanalında səsləndirilən məlumata görə, sorğu şəhər və kəndlərdə yerləşən 200 seçki məntəqəsini əhatə edib və ümumilikdə 30 min respondent iştirak edib.
"Astana Sosial Tədqiqatlar Kompleks İnstitutu - Sosial Araşdırmalar Fondu"nun keçirdiyi "exit-poll"un nəticələrinə görə isə referendum iştirakçılarının 87.4%-i yeni konstitusiyanı dəstəkləyib. Sorğu 200 seçki məntəqəsində aparılıb, seçici fəallığı 73.8% təşkil edib. Statistik xəta payı isə ±1.5% olaraq göstərilib.
"Amanat" partiyasının İctimai Siyasət İnstitutunun təqdim etdiyi "exit-poll" nəticələrinə əsasən isə referendumda səs verənlərin 88.6%-i yeni konstitusiyanı dəstəkləyib. Bu sorğu da 200 seçki məntəqəsində keçirilib və 24 min nəfər respondent iştirak edib.
Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə keçirilən referendumda səsvermə üçün açılmış məntəqələr yerli vaxtla saat 20:00-da bağlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, ölkə daxilində seçki məntəqələrinin böyük hissəsi saat 07:00-da fəaliyyətə başlayıb. Bəzi məntəqələr, o cümlədən hərbi hissələrdə yerləşənlər isə saat 06:00-dan etibarən açılıb.
Bununla yanaşı, xaricdə fəaliyyət göstərən bəzi məntəqələr hələ də işləməkdə davam edir. Onlardan sonuncusu ABŞ-nin San-Fransisko şəhərində yerləşir və martın 16-sı səhərədək açıq olacaq.
Mərkəzi Referendum Komissiyasının məlumatına görə, yerli vaxtla saat 18:00-a olan vəziyyətə əsasən seçici fəallığı 70,98% təşkil edib. Beləliklə, referendum baş tutmuş hesab olunur, çünki səsvermədə seçici siyahılarına daxil edilmiş vətəndaşların 50%-dən çoxu iştirak edib.
Şərhlər (12)
jhgjhg
lkj lklk lk
cxvbxcvb
trtrt dfffd
oio uo oioi
@agshinkarimli8 werwerwer
yyyyy
xx vzxv xzvc xzvc xcv xx vzxv xzvc xzvc xcv xx vzxv xzvc xzvc xcv xx vzxv xzvc xzvc xcv xx vzxv xzvc xzvc xcv
xx vzxv xzvc xzvc xcv fffffff
d dgh gfh fgh ggggggggg
xxxxxxx
mmmmmmm b
Şərh yazmaq üçün daxil olun
Şərh yazmaq, bəyənmək və istifadəçiləri qeyd etmək üçün hesabınıza daxil olun. Daxil ol