ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla hazırlanmaqda olan razılaşma çərçivəsində Hörmüz boğazı yenidən gəmiçilik üçün açılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" platformasındakı paylaşımında bildirib.
Tramp qeyd edib ki, hazırda sazişin son detalları müzakirə olunur və yaxın zamanda onun tam məzmunu açıqlanacaq.
Onun sözlərinə görə, razılaşmanın digər bəndləri ilə yanaşı, Hörmüz boğazında dəniz nəqliyyatının bərpa olunması da nəzərdə tutulur.
ABŞ və İran tərəfinin məsələ ilə bağlı rəsmi açıqlamaları daha sonra təqdim edəcəyi bildirilib.
ABŞ Prezidenti Donald Tramp Argentinanı Qəzza Sülh Şurasının həmtəsisçilərindən olmağa dəvət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin Prezidenti Xavyer Miley "X" sosial media platformasında məlumat verib.
Miley qeyd edib ki, Şurada iştirak etmək böyük məsuliyyət və şərəfdir.
O əlavə edib ki, bu təşkilatın məqsədi silahlı münaqişənin bürüdüyü bölgələrdə sülh yolu ilə həlli təmin etməkdir. Qəzza zolağı Şuranın ilk sınağı olmalıdır.
Qeyd edək ki, daha əvvəl Tramp oxşar təklifləri Kanada, Misir və Türkiyə liderlərinə göndərib. Kanada Baş naziri Mayl Karni artıq bu təklifi qəbul edib.
Şərhlər (0)
Şərh yazmaq üçün daxil olun
Şərh yazmaq, bəyənmək və istifadəçiləri qeyd etmək üçün hesabınıza daxil olun. Daxil ol