Zurück zu allen Fragen
Visum AZ

Layihəyə əsasən, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir.....

agshinkarimli7 11.04.2026 06:33
2 21 antwortet 40 Aufrufe

21 antwortet

agshinkarimli7 11.04.2026 06:46
AZ
Sənədə əsasən, işəgötürən cinsindən asılı olmayaraq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabərdəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.
agshinkarimli7 11.04.2026 06:46
AZ
Qeyd olunur ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabərdəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə bu prinsip yalnız "eyni və ya oxşar işlər" çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.
agshinkarimli7 11.04.2026 06:46
AZ
Bu xüsusda ölkədə əməkhaqqı sahəsində gender bərabərliyinin təmin olunması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zərurətini şərtləndirən əsas amillərdən biri də, məhz qeyd olunan beynəlxalq öhdəliklərdən irəli gəlir.
agshinkarimli7 11.04.2026 06:50
RU
Bildirilir ki, bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
agshinkarimli7 11.04.2026 06:51
EN
Həmçinin "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanuna təklif edilən dəyişikliyə görə, işəgötürən tərəfindən cinsindən asılı olmayaraq, eyni və ya bərabərdəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabərdəyərli olması Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.
agshinkarimli7 11.04.2026 06:51
ES
Yekunla layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
agshinkarimli7 11.04.2026 06:59
EN
Naxçıvanda "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" publik hüquqi şəxs ləğv edilib.
agshinkarimli7 11.04.2026 06:59
RU
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 6 mart 2026-cı il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" publik hüquqi şəxs ləğv edilib.
agshinkarimli7 11.04.2026 07:00
ES
Fərmana uyğun olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində mərkəzin ləğv prosesinin həyata keçirilməsi məqsədilə ləğvetmə komissiyası yaradılıb. İqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev ləğvetmə komissiyasının sədri təyin olunub.
agshinkarimli7 11.04.2026 07:00
ES
Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.